Modern.az

Rusiya və Ukrayna yığmaları eyni qrupa düşüb

Rusiya və Ukrayna yığmaları eyni qrupa düşüb

Aktual

5 Aprel 2019, 16:50

Rusiya və Ukraynanın çimərlik futbolu üzrə yığma komandaları “Minsk 2019” II Avropa Oyunlarında eyni qrupda mübarizə aparacaqlar.

 

Modern.az yarışın  rəsmi saytına istinadən xəbər verir ki,bu püşkün nəticəsinə əsasən,hər iki kollektiv İtaliya və İspaniya ilə birgə “B” qrupunda yer alıblar.

Çimərlik futbolu üzrə oyunlar 25-29 iyunda Minskdə keçiriləcək. II Avropa Oyunları iyunun 30-dək davam edəcək.15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

 

Qeyd edək ki,UEFA İcraiyyə Komitəsinin qəarına əsasən, iki ölkə arsında siyasi böhra səbəbi ilə Ukrayna və Rusiya yığmaları, elecə də bu ölkənin klubları qurumun bayrağı altında keçirilən yarışlarda eyni qrupda yer ala bilməzlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı