Düzü mən belə nəticə göstərəcəyimi gözləmirdim.
Modern.az xəbər verir ki,bunu Motosport.com-a yeddi qat “Formula 1” çempionu Mixael Şumaherin oğlu Mik deyib.
O, Bəhreyn trasında “Ferrari” və “Alfa Romeo” bolidləri ilə test yürşü edib. ”Formula 3”ün hazırkı çempionu və “Formula 2”nin debütantı “Ferrari” ilə ikinci, “Alfa Romeo” ilə altıncı ən sürətli pilot olub.
Daha sonra o, “Formula 2”də növbəti yarışı olacağı Azərbaycan Qran - Prisi barədə danışıb:
“Bu andan etibarən nələr olacağını bilmirəm. Yenidən “Formula 2”də yarışmağı səbirsizliklə gözləyirəm. Bakı xüsusi trasdır, orda ilk dəfə iştirak edəcəyəm. Simulyatorda “Prema” ilə çox işləyəcəm və bunun üçün hazırlaşacam və burda öyrəndiklərimdən istifadə etməyə çalıçacam”.
Qeyd edək ki, Azərbaycanda bu il “Formula-1 və “Formula-2” yarışları 26-28 aprel tarixlərində keçiriləcək.
Novruz NOVRUZLU