Modern.az

Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib - FOTO

Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib - FOTO

Aktual

5 Aprel 2019, 19:43

Ölkə vətəndaşlarının sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi dövlətimizin sosial siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il əhalinin tibbi profilaktik müayinəyə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.

 

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səhiyyə sahəsində layihələr həyata keçirir, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların müayinə və müalicəsinə lazımi köməklik göstərir.

 

Ölkə rəhbərliyinin tövsiyəsinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdundan didərgin düşən həmvətənlərimizin müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək səviyyəli tibbi xidmətdən istifadə etməsinə dəstək verir. Artıq ənənəyə çevrilmiş tibbi müayinə aksiyası aprelin 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilib.

 

Komitədən Modern.az verilən məlumata görə, akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının əksəriyyəti elmi və ali dərəcəli mütəxəssislər olan 20 nəfərdən ibarət həkim briqadası qəsəbədə yerləşən 19 nömrəli birləşmiş xəstəxananın poliklinika şöbəsində məcburi köçkünlərin müayinəsini aparıb.

 

Aksiya çərçivəsində 400 nəfərə yaxın məcburi köçkün müayinə olunub. Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Bir neçə nəfərə xəstəxanaya göndəriş verilib.

 

Respublika Kliniki Xəstəxanasının baş həkimi Telman İbadov və 19 nömrəli birləşmiş xəstəxananın baş həkimi Elçin Hüseynov aksiyanın gedişinə nəzarət ediblər.

 

Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildiriblər.

 

Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı