Modern.az

Cəlilabadda kütləvi dava

Cəlilabadda kütləvi dava

Aktual

6 Aprel 2019, 21:57

Cəlilabad rayonunda kütləvi dava olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Gülməmmədli kəndində qeydə alınıb.

 

Həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Əzizov İsaq Əli oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı üz nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. İ.Əzizova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz