Modern.az

Gürcüstanda elektrik avtomobili zavodu tikilir

Gürcüstanda elektrik avtomobili zavodu tikilir

Aktual

6 Aprel 2019, 22:51

Gürcüstanın Kutaisi şəhərində elektrik avtomobili zavodu tikiləcək.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Mamuka Baxtadze eko-istiqamətdə fəaliyyət göstərən birinci sənaye biznes-qrupunun təqdimatı zamanı bildirib.

 

"Böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, regionumuzda ilk dəfə Gürcüstanda elektrik avtomobillərin istehsalı başlayır. Dünyada elektrik avtomobillərin ən iri istehsalçısı olan və "Volvo", "Volkswagen" və "Ford" kimi şirkətlərlə əməkdaşlıq edən "Changan" şirkəti Gürcüstanda elektrik avtomobili zavodu tikməyə qərar verib", - deyə nazir bildirib.

 

Baxtadzenin sözlərinə görə, zavodun istehsal gücü 40 000 avtomobil olacaq, onların 50 faizi daxili bazar, 20 mini isə Aİ-yə ixrac üçün nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı