Modern.az

Şirvanda iki minik avtomobili toqquşub

Şirvanda iki minik avtomobili toqquşub

Aktual

7 Aprel 2019, 17:15

Şirvanda iki minik avtomobili toqquşub.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Hacıqabul sakini Babayev Rafət Rasim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Şirvan şəhər sakini Hüseynov Əfsus Rafik oğlunun idarə etdiyi VAZ 21099 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır xəsarət alıb. VAZ 21099 markalı avtomobilin sürücüsü ağır kəllə-beyin travması aldığı üçün reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı