Modern.az

Yevlaxda mikroavtobus qəzaya uğradı

Yevlaxda mikroavtobus qəzaya uğradı

Aktual

7 Aprel 2019, 21:59

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Xaldan şossesində, rayonun Hacıselli kəndi yaxınlığında baş verib.

 

"Mercedes Vito” markalı mikroavtobus “VAZ 21 07” markalı minik maşını ilə toqquşub. Xoşbəxtlikdən qəza zamanı mikroavtobusda sərnişin olmayıb.

Hadisədən hər iki sürücü yüngül xəsarətlə qurtulsa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı