Modern.az

Türkiyədə 5 terrorçu zərərsizləşdirildi

Türkiyədə 5 terrorçu zərərsizləşdirildi

Aktual

8 Aprel 2019, 09:06

Türkiyənin Şırnak vilayətinin Bestler-Dereler bölgəsində bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcılarının dəstəyi ilə uğurlu antiterror əməliyyatı keçirilib.

Modern.az xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib, həmçinin terrorçulara məxsus böyük silah-sursat anbarı aşkarlanıb.

Bundan başqa, Türkiyə qırıcıları İraqın şimalındakı Zap və Gara bölgələrində yerləşən PKK düşərgələrini, sığınacaqlarını və silah anbarlarını məhv edib.

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz