Modern.az

Cüdoçumuz Qran-pridə qızıl medal qazandı

Cüdoçumuz Qran-pridə qızıl medal qazandı

Aktual

8 Aprel 2019, 09:47

Azərbaycan cüdo yığması Qran-pridə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 75 ölkə arasında 2-ci yeri tutub.

Modern.az-ın məlumatına görə Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.O, 78 kq-dan yuxarı çəki dərəcəsində finalda braziliyalı rəqibi Beatrs Sozuzanı məğlub edib.

Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub.Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.

 

Novruz NOVRUZLU

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...