Modern.az

Səbaildə oğurlanan “Mitsubishi” Suraxanıda saxlanıldı

Səbaildə oğurlanan “Mitsubishi” Suraxanıda saxlanıldı

Aktual

8 Aprel 2019, 11:00

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən  Bakı şəhər sakini R.Səmədov aprelin 7-də saat 9 radələrində Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

 

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov saat 11 radələrində polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb.

 

Araşdırma aparılır.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı