Modern.az

Hakim futbolçunu vurub xəstəxanalıq etdi

Hakim futbolçunu vurub xəstəxanalıq etdi

Aktual

8 Aprel 2019, 14:38

Hakim futbolçunu xəstəxanalıq edib.

Modern.az xəbər verir ki, hadisə Hollandiyanın aşağı liqasında – “VV UNO – Gell-Vit” matçında baş verib.

İki komandanın futbolçuları arasında bir epizoddan sonr mübahisə düşüb. Problem getdikcə böyüməyə başlayıb. Bu zaman meydan daxil olan 34 yaşlı yan xətt hakimi Lennert Bohmer “VV UNO” komandasının qapıçısını yumruqla vuub.Zərbənin təsirindən yerə yıxılan və huşunu itirən qolkiper ambulansla xəstəxanaya aparılıb.

Hadisədən sonra polis Lennert Bohmeri həbs edib. Məlum olub ki, həmin hakim əvvəllər  “SV Gell-VİT”də çıxış edib və daha sonra isə klubun akademiyasında komitə rəhbəri olub.

 

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı