Modern.az

Güləşçimiz erməniyə qalib gəldi – Avropa çempionatı

Güləşçimiz erməniyə qalib gəldi – Avropa çempionatı

Aktual

8 Aprel 2019, 15:00

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

 

Modern.az xəbər verir ki, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.

 

65 kqda mübarizə aparan Hacı Əliyev təsnifat mərhələsində əvvəlcə belaruslu Hüseyn Şaxbanovu, daha sonra isə ermənistanlı Vazgen Tevanyanı məğlub edərək  1/4 finala yüksəlib.O, bu mərhələdə rusiyalı Naçin Kularla qarşılaşacaq.

 

Təsnifat mərhələsi

 

Hacı Əliyev – Hüseyn Şaxbanov (Belarus) – 7:2

Hacı Əliyev – Vazgen Tevanyan (Ermənistan) – 1:0

1/4

Hacı Əliyev – Naçin Kular (Rusiya)

 

Novruz NOVRUZLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı