Modern.az

Putin-Ərdoğan danışıqları başladı

Putin-Ərdoğan danışıqları başladı

Aktual

8 Aprel 2019, 16:42

Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII iclası çərçivəsində Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

Modern.az xəbər verir ki, prezidentlərin ikitərəfli münasibətləri, o cümlədən qarşılıqlı ticari-iqtisadi fəaliyyəti, birgə enerji layihələrinin reallaşdırılması - "Türk axını" qaz kəməri və "Akkuyu" AES-in yaradılması, həmçinin Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin Türkiyəyə tədarükünü müzakirə edəcəyi gözlənilir.

Bundan başqa, danışıqların gündəliyində ənənəvi olaraq Yaxın Şərq, xüsusən də Suriya böhranının nizamlanması mövzuları olacaq.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!