Modern.az

Dünya çempionu "Shamkir Chess 2019"un qalibi oldu

Dünya çempionu

Aktual

8 Aprel 2019, 18:53

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, hazırkı dünya çempionu norveçli Maqnus Karslsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

 

Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla da xalı yarı bölüb.

 

Hazırda Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir.Turnirə aprelin 9-da yekun vurulacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı