Modern.az

Tərtərdə mərmi tapılıb - FOTO

Tərtərdə mərmi tapılıb - FOTO

Aktual

8 Aprel 2019, 19:50

Tərtər rayonunun, Şıxarx qəsəbəsində mərmi tapılıb.

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları həmin ərazidəki otlaq sahəsinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQ-42 əl qumbarası və 1 ədəd PQ-9 raketinin mühərrik hissəsi aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əl qumbarasının və raketin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı