"Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi”. Modern.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev az əvvəl tvitter hesabında yazıb.
Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənəd haqqında paylaşım edən Azay Quliyev Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edib.