Modern.az

Türkiyədə civədən kütləvi zəhərlənmə oldu

Türkiyədə civədən kütləvi zəhərlənmə oldu

Aktual

8 Aprel 2019, 20:30

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunun Məscitli kəndində kütləvi zəhərlənmə qeydə alınıb. Modern.az xəbər verir ki, kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən 15 nəfərin 12-si uşaqdır.

 

Məlumata görə, xəstələrdə davamlı olaraq qan təzyiqinin yüksəlməsi, kəskin ağrılar, ürək bulanması və s. kimi hallar müşahidə olunub. Araşdırmalar nəticəsində müəyyən edilib ki, zəhərlənməyə səbəb civədir. Uşaqlar tapdıqları qutunun içərisindəki civəyə toxunaraq zəhərləniblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz