Modern.az

Son beş ayın rekordu: Neftin qiyməti 71 dolları ötdü

Son beş ayın rekordu: Neftin qiyməti 71 dolları ötdü

Aktual

8 Aprel 2019, 21:28

“Brent” markalı neftin bir barelinin qiyməti 71 dolları ötüb.

Modern.az xəbər verir ki,  2018-ci il noyabrın 12-dən sonra ilk dəfədir neftin qiyməti 71 dolları ötüb.

 

Hərracların nəticələrinə görə, Şimal dənizində hasil olunan “Brent” markalı neft qarışığının bir barelinin iyun fyuçersləri 0,81 faiz artaraq 70,91 dollara çatıb, bundan bir qədər sonra isə 71,02 dollaradək yüksəlib.

 

Eyni zamanda WTI markalı neftin bir barelinin qiyməti 1,4 faiz artaraq 64,02 dollara çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı