İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xoakin Kaparrosun qanında xərçəng aşkarlanıb.
Modern.az xəbər verir ki, bu haqda63 yaşlı mütəxəssisin özü “Valyadolid”ə 2:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXI turunun matçından sonra bildirib. Kaparros müalicəyə ehtiacının olduğunu və komandada mövsümün sonunadək çalışacağını deyib.
Təcrübəli mütəxəssis ona “Sevilya”ya Çempionlar Liqasına vəsiqə qazandırma missiyasını davam etdirmək imkanı yaratdığı üçün klub rəhbrliyinə təşəkkür edib.
Qeyd edək ki, 31 turdan sonra aktivində 49 xal olan “Sevilya” 5-ci pillə də qərarlaşıb və 4-cü pillədəki “Xetafe”dən cəmi 1 xal geri qalır.
Novruz NOVRUZLU