Modern.az

10 milyonuncu sakinə görə ağacəkmə aksiyaları keçirilib - FOTOLAR

10 milyonuncu sakinə görə ağacəkmə aksiyaları keçirilib - FOTOLAR

Aktual

9 Aprel 2019, 09:38

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra Hakimiyyətlərinin əməkaşları, ictimaiyyət  nümayəndələrinin iştirakı ilə respublika ərazisində kütləvi ağacəkmə aksiyaları keçirib.


Nazirlikdən Modern.az-a bildirilib ki, 6-7 aprel 2019-cu il tarixlərində keçirilən aksiyalar zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21770  ədəd müxtəlif cinsli ağac əkilib.


Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.


Ağacəkmə aksiyaları davam edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı