Modern.az

Gömrük Komitəsi biabırçı VİDEO ilə bağlı açıqlama yaydı

Gömrük Komitəsi biabırçı VİDEO ilə bağlı açıqlama yaydı

Aktual

9 Aprel 2019, 12:25

Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə yayılmış video ilə bağlı məlumat açıqlayıb.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a bildirilib ki, ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.

Rəsmi məlumata görə, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib:

“Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı