Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.
Görüş barədə Modern.az-a danışam körpənin atası Rauf Həsənov bildirib ki, Prezident ailəyə mənzil və pul hədiyyə edib:
“Mənzil Yasamal rayonu ərazisindədir. Sənədlərinə baxmadığımdan mənzilin neçə otaq olduğunu deyə bilmərəm”.
R.Həsənov balaca Mehribanın bu saatlarda xəstəxanadan evə aparıldığını bildirib.