Rumıniyanın paytaxtında keçirilən Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.
Modern.az xəbər verir ki, 2-ci yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq-da çıxış edən güləşçilər qüvvəsini sınayacaq. Dünən bu kateqoriyalar üzrə püşkatma mərasim keçirilib və yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib.
61 kq
Təsnifat – Əsgər Məmmədəliyev – Nikolay Oxlopkov (Rumıniya)
74 kq
1/8 final – Hacımurad Hacıyev – Georgi Paskalov (Moldova)
86 kq
Təsnifat – Murad Süleymanov – Riçard Ferents Liqeti (Macarıstan)
92 kq
1/4 final - Şərif Şərifov – Məhəmməd Qurbanov (Rusiya)
125 kq
Təsnifat – Seyid Məhəmmədrza Azərşakib – Eqzon Şala (Kosovo)
Novruz NOVRUZLU