Modern.az

Sabahın havası – Bakıda 17 dərəcə isti olacaq

Sabahın havası – Bakıda 17 dərəcə isti olacaq

Güncel

9 Aprel 2019, 12:59

Sabahın hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə:

 

Bakıda və Abşeron yarımadasında

 

Aprelin 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-17,  Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında

 

Aprelin 10-da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi qıraq qərb rayonlarında lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı