“Rəqibimiz Avropa və İngiltərənin ən güclü komandalarından biridir. Buna görədə bizim üçün çətin matç olacaq. Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Oyun aqressiv və yüksək sürətlə başlama istəyirik”.
Modern.az-məlumatına görə, bu sözləri “Tothenhem” in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə ilk oyun öncəsi deyib.
“Bu baş məşqçi karyeramın ən önəmli matçlarından biridir. ”Mançester Siti” son bir neçə ildə hər şeyi qazanmaq üçün komanda qurub. Hal-hazırda bütün kubokları qazana biləcək yeganə komanda onlardır”.
Argentinalı mütəxəssis Pep Qvardiola ilə çox qarşılaşdıqlarını söyləyib: “Rəqib bizim cəsur futbol oynadığımızı bilir. Meydan da aqressiv oluruq. Yenə eyni şeyləri edib onları məğlub etməyə çalışacağıq”.
Qeyd edək ki, “Tothenhem” – “Mançester Siti” görüşü bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Novruz NOVRUZLU