Braziliyanın və dünyanın əfsanəvi, keçmiş futbolçusu Pele bir neçə gün əvvəl xəstəxanadan evə buraxılıb.
Modern.az-ın “Qloba”ya istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Peledə yolxucu xəstəliyin ağırlaşması qeydə alınıb. Narahatçılığın əsas səblərindən biri də, 79 yaşlı Pelenin bir böyrəyinin olması olub. O, xəstəxanada müalicəsini başa vurub.
Pele bildirib ki, xəstəxanadan sonra evə yola düşəcək lakin o, tezliklə yenidən Parisə qayıda biləcəyinə ümid edib.
Nəzərininizə çatdıraq ki, Pele bir neçə gün əvvəl Parisdə xəstəxanaya yerləşdirilmişdi və o, PSJ-nin gənc super ulduzu Kilian Mbappe ilə görüşdükdən sonra xəstəxanaya aparılmışdı.
Novruz NOVRUZLU