Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib.
Modern.az xəbər verir ki, Pərvin Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib.
Ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Bu xüsuda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim edib.
Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.