Modern.az

Nazirlik  131 hüquq pozuntusu aşkar etdi

Nazirlik  131 hüquq pozuntusu aşkar etdi

Aktual

9 Aprel 2019, 16:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.

 

Modern.az xəbər verir ki, hüquq pozuntuların 41%-i əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39%-i işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5%-i qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15%-i digər hüquq pozuntularından ibarət olub.  

Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər görülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı