Azərbaycandan Gürcüstana buraxılmayan Gürcüstan vətəndaşı Əbülfət Adnayevə qoyulan qadağa aradan qaldırılıb.
Modern.az xəbər verir ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Qabal kəndinin sakinləri ilə görüşü zamanı yerli əhalinin qaldırdığı problem öz həllini tapıb.
Görüşdə sakinlər komitə rəhbəri Fuad Muradovdan xahiş ediblər ki, din xadimi Əbülfət Adnayev Qabal kəndində qurban kəsdikdən sonra qurban kəsdiyi bıçağı öz avtomobilinə qoyub və Azərbaycan Respublikasına keçib. Daha sonra geri dönmək istəyən Ə. Adnayevin “Sınıq körpü” gömrük postunda avtomobilinə baxış keçirilib. Bu zaman onun avtomobilindən sözügedən bıçaq çıxıb, elə bu səbəbdən sərhəddi keçməsi üçün qadağa qoyulub. Adnayev 10 gündən artıq müddət ərzində Azərbaycan tərəfində qalmağa məcbur olub.
Sakinlər tərəfindən qaldırılan məsələ isə artıq iki gün öncə öz həllini tapıb. Əbülfət Adnayev Gürcüstana buraxılıb və onun barəsində olan qadağa aradan qaldırılıb.