Modern.az

Ucarda 2 nəfər torpaq uçqunu altında qaldı

Ucarda 2 nəfər torpaq uçqunu altında qaldı

Aktual

9 Aprel 2019, 19:08

Ucarda uçqun altında qalan iki nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı