Modern.az

Türkiyə ABŞ-ı  regionda qeyri-sabitlik yaratmaqda ittiham edir

Türkiyə ABŞ-ı  regionda qeyri-sabitlik yaratmaqda ittiham edir

Aktual

9 Aprel 2019, 22:57

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) ABŞ-ın terror qruplaşmaları siyahısına salmasına münasibət bildirib.

 

Modern.az Türkiyə mediasına istinadən məlumatına görə, ABŞ-ın qərarını tənqid edən nazir bildirib ki, bu cür qərarlar regionda qeyri-sabitliyə səbəb olacaq.

 

Qeyd edək ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror qruplaşmaları siyahısına salıb. Bu qərara cavab olaraq İranın Xarici İşlər Nazirliyi (XİN) ölkə prezidenti Həsən Ruhaniyə ABŞ Silahlı Qüvvələrinin Yaxış Şərqdəki komandanlığının terror təşkilatları siyahısına salınmasını təklif edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı