Modern.az

Bakıda köçkünlərin binasında yanğın - 45 yaşlı kişi özünü 5-ci mərtəbədən atdı

Bakıda köçkünlərin binasında yanğın - 45 yaşlı kişi özünü 5-ci mərtəbədən atdı

Aktual

10 Aprel 2019, 12:01

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın hadisəsi baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, hadisə məcburi köçkünlərin Babək prospektində yaşadığı yataqxanada baş verib:

“Əslində heç yanğın deyil, sadəcə tüstüləmə olub. 45 yaşlı kişi panikaya qapılaraq özünü pəncərədən atıb. Hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılır”.

S.Əhmədovanın sözlərinə görə, hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı