Modern.az

Hacıqabulda dəmir yolundan oğurluq etmək istəyənlər saxlanıldılar

Hacıqabulda dəmir yolundan oğurluq etmək istəyənlər saxlanıldılar

Aktual

10 Aprel 2019, 14:08

Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, aprelin 9-da saat 8 radələrində Hacıqabul dəmir yolu stansiyasının ərazisindən 100 ədəd şpal altlığı, 30 ədəd rels birləşdiricisi, 3 kisə kastil və 3 kisə bolt-qaykanı oğurlamağa cəhd göstərən Hacıqabul rayon sakinləri H.Xəlfəyev və Ə.Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...