Modern.az

Prezident Şəki üçün 25 milyon manat ayırdı

Prezident Şəki üçün 25 milyon manat ayırdı

Aktual

10 Aprel 2019, 16:34

Prezident İlham Əliyev Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı