Modern.az

Quba-Xınalıq yolunda UÇQUN - Hərəkət dayandı  

Quba-Xınalıq yolunda UÇQUN - Hərəkət dayandı   

Aktual

11 Aprel 2019, 16:29

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Bunu Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib:

“Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur”.

Onun sözlərinə görə, sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı