Modern.az

Xaricilər Azərbaycanda 2 mindən çox mənzil alıb - VİDEO

Xaricilər Azərbaycanda 2 mindən çox mənzil alıb - VİDEO

Aktual

14 Aprel 2019, 21:46

Ötən il xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb. Bu öncəki illərlə müqayisədə çoxdur.

Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, mənzillərə maraq göstərən xaricilər isə daha çox Şərq ölkələrinin vətəndaşlarıdır.

 

Daşınmaz əmlaklar müxtəlif məqsədlər üçün istifadə edilməyə görə satın alınır. Satılan mənzillərin yarıdan çoxu bölgələrin payına düşür.

 

Ekspertin sözlərinə görə, bu il və növbəti illərdə xaricilərin Azərbaycanın əmlak bazarına marağı daha da artacaq. Bu isə turizmin inkişafı və bunun nəticəsində xaricilərin Azərbaycan haqqında daha çox məlumat alması ilə bağlıdır. Eyni zamanda xaricilərin daşınmaz əmlaka olan marağı mənzil qiymətlərinin qismən də olsa bahalaşmasına da gətirib çıxaracaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı