Modern.az

Ağsuda nişandan  qayıdan avtomobil aşdı: 4 yaralı

Ağsuda nişandan  qayıdan avtomobil aşdı: 4 yaralı

Aktual

14 Aprel 2019, 22:43

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəlayir kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması nəticəsində rayonun Qəşəd kənd sakinləri, 1981-ci il təvəllüdlü Osmanova Pərigül Bədəl qızı, 1986-cı il təvəllüdlü Bədəlova Güləndam Ədalət qızı, 1968-cı il təvəllüdlü Nuriyeva Dürdanə Baba qızı və bir körpə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, xəsarət alan şəxslər nişan mərasimindən geri qayıdarkən qəzaya düşüblər.

 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı