Modern.az

Eldar Əzizov sərəncam imzaladı - “Kiçik Dəniz” küçəsininə Süleyman Ələsgərovun adı verildi

Eldar Əzizov sərəncam imzaladı - “Kiçik Dəniz” küçəsininə Süleyman Ələsgərovun adı verildi

Aktual

22 Aprel 2019, 17:21

Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Kiçik Dəniz” küçəsinina adı dəyişdirilərək, bəstəkar Süleyman Ələsgərov küçəsi adlandırılıb.

Modern.az-ın məluamtına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əizov bununla bağlı sərəncam imzalayıb.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a faktı təsdiqləyib.

Bildirib ki, sərəncam professor Süleyman Əyyub oğlu Ələsgərovun adının əbədiləşdirilməsilə əlaqədar imzalanıb. Xatırladaq ki, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşündə əməkdar artist Tahir İmanov babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsini xahiş etmişdi.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...