Modern.az

Azərbaycanda iki nəfərdə quduzluq halı baş verib

Azərbaycanda iki nəfərdə quduzluq halı baş verib

Aktual

24 Aprel 2019, 11:36

Bu il Azərbaycanda iki quduzluq halı qeydə alınıb. Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, hadisələrin biri həyət iti cırmaqladıqdan sonra vətəndaşın müraciət etməməsi səbəbindən yaşanıb: ”Həmin şəxsdə quduzluq halı qeydə alınmışdı. İkinci hal bu yaxınlarda Ağstafada oldu. Həmin şəxs peyvəndlərini axıra qədər almamışdı və quduz olmuşdu”.

A.Əliyeva bildirib ki, itlər tərəfindən hər hansı dişləmə halı qeydə alınırsa, insanlar ərazi üzrə poliklinikalara müraciət etsinlər. ”Quduzluq o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır, peyvəndə gəlmir. Sahibsiz küçə itlərinin sayı artıb və onlar peyvənd olunmayıb. Ona görə də hər hansı dişləmə halında insanlar mütləq poliklinikalara müraciət edib müalicə olunsunlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı