2018-ci ildə Azərbaycanda suçiçəyinə 15870 nəfər yoluxub. Yoluxma hər 100 min nəfərə 158,99 haldır. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Mərkəzin direktorunun sözlərinə görə, 2017-ci ildə ölkədə suçiçəyinə 15781 nəfər yoluxub:
“Yoluxma halı hər 100 min nəfərə 159,43 haldır. Hazırda bir çox ölkədə suçiçəyinə qarşı peyvənd tətbiq olunur. Lakin Azərbaycanda su çiçəyinə qarşı peyvənd yoxdur”.
A.Əliyeva qeyd edib ki, yaxın illərdə bu peyvənd ölkəmizdə də tətbiq oluna bilər”.