Modern.az

Bakı-Gəncə qatarı yolda qaldı

Bakı-Gəncə qatarı yolda qaldı

Aktual

25 Aprel 2019, 15:12

Bu gün Bakıdan Gəncəyə yola düşən sürət qatarının hərəkətində ləngimə baş verib. Qatar əvvəlcə Yevlaxda, daha sonar Goranda müəyyən fasilələrlə dayanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Modern.az-a bildirib ki, bu gün saat 11:10 radələrində “Kamaz” markalı maşın Yevlax-Mingəçevir mənzilinin 246-cı km-də qorunan keçiddən keçərkən, dəmir yolunun kontakt şəbəkəsini qırıb.

Nəticədə Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkətində 32 dəqiqə ləngimə baş verib. Sərnişinlər mənzil başına gecikmə ilə çatıblar”.

S.Qədirova qeyd edib ki, hazırda ərazidə bərpa işləri aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı