Modern.az

Mərkəzi Bank uçot dərəcəsini yenə azaltdı

Mərkəzi Bank uçot dərəcəsini yenə azaltdı

Aktual

26 Aprel 2019, 11:26

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9%-dən 8,75%-ə endirib.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Mərkəzi Bank faizlərə növbəti dəfə iyunun 7-də baxacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı