Modern.az

Elman Rüstəmov ekspertləri TƏKZİB ETDİ

Elman Rüstəmov ekspertləri TƏKZİB ETDİ

Aktual

26 Aprel 2019, 13:00

“Mediada müəyyən ekspertlər tərəfindən Mərkəzi Bankın manatın məzənnəsini süni yolla tənzimlədiyi barədə fikirlər söylənilir. Lakin iqtisadi göstəricilər bunun əksinədir”.

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, belə olsaydı, qrafikdən qabaq satış olardı:

“Mərkəzi Bank birinci rübdə 150 milyon dollardan çox valyuta vəsaiti alıb, bunun hesabına valyuta ehtiyatları artıb. Bazardan az miqdarda valyuta almışıq. Bu vəsait həm də bizim valyuta ehtiyatlarımızın idarə olunmasından əldə olunub”.

“Biz bazarı intervensiya etməmişik, əksinə, bazarla da münasibətlərimiz müsbətdir”-deyə sədr qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!