Modern.az

“Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılacaq”

“Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılacaq”

Aktual

6 May 2019, 12:36

“Son bir neçə ayda qəbul edilən qərarlar vətəndaşların həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli mərhələ təşkil edir”.

 

Modern.az-ın məlumatına grə, bunu baş nazirin müavini Əli Əhmədov “Heydər Əliyev və sosial siyasət” mövzusunda keçirilən tədbirdə bildirib.

 

Ə.Əhmədov qeyd edib ki, bundan sonra da əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılacaq:

“Vətəndaşlarımız arxayın ola bilər ki, Prezident İlham Əliyev əhalinin rifahının yaxşılaşdırılması üçün nə mümkündürsə, edir və bundan sonra da edəcək”. 

 

Baş nazirin müavinin sözlərinə görə, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində sosial məsələlər əhəmiyyətli yer tutub:

"Bu gün ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının mənafelərinin nəzərə alınması ümdə vəzifələrdən biri olub. Əhalinin yüksək rifahının təmin edilməsi ön sıralarda olub. Bütün Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir. Xalqımız onun Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətinə dərin hörmətlə cavab verir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı