Modern.az

İstanbuldakı seçkilərin ləğvi Türkiyə iqtisadiyyatına mənfi təsir edəcək - EKSPERT

İstanbuldakı seçkilərin ləğvi Türkiyə iqtisadiyyatına mənfi təsir edəcək - EKSPERT

Aktual

7 May 2019, 10:37

Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək.


Bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.


Ekspertin sözlərinə görə, Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır:


“Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir”.


V.Bayramov deyib ki,son qərar valyuta bazarına psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır.


Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarı ilə İstanbulda seçkilərin nəticəsi ləğv edilib və İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun səlahiyyətinə xitam verilib.


YSK İstanbulda  yeni bələdiyyə seçkilərinin iyunun 23-də keçirilməsinə qərar verib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı