Modern.az

Vüqar Bayramov radikalizimlə mübarizə üçün futbol oynadı

Vüqar Bayramov radikalizimlə mübarizə üçün futbol oynadı

Aktual

8 May 2019, 10:57

“Sumqayıt” Futbol klubunun  üzvləri İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində 7 may 2019-cu il tarixində “Radikalizmə Yox”, “Bura Sənindir” şuarları ilə sport kamp keçiriblər. Tədbirdə məqsəd radikalizmə və radikal qruplara qoşulmağa yox demək və eləcə də muktikulturializm ideyalarını dəstəkləməkdən ibarət olub.

 

CESD-nin sədri Vüqar Bayramov Modern.az-a bildirib ki, bu görüş bütün gənclər üçün bir mesajdır:

“Məqsədimiz radikalizmə yox deməklə stabilliyi dəstəkləməkdir. Buna görə də, “Sumqayıt” Futbol klubunun  üzvlərinin dəstəyini xüsusi qiymətləndirilməlidir”.

 

Tədbirdə gənclər ilə müzakirələr aparan komanda üzvləri idmanın və təhsilin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Gənclər idmanla məşğul olmağa təşviq edilib.

Daha sonra futbolçular ilə gənclər arasında müzakirələr aparılıb və futbol meydançasında idman kampı təşkil edilib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı