"İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralanan 14 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib”.
Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, yaralılardan 7 nəfəri reanimasiyadadır:
“Digər 7 nəfər isə stasionar nəzarətdə saxlanılır. II və III dərəcəli yanıq xəsarətləri alanların bədən nahiyyəsinin 40 faizi yanıb. Reanimasiyaya yerləşdirilən 7 nəfərdən 3-nün vəziyyəti kritikdir”.