Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti barədə hesabatı açıqlayıb.
İcra Hakimiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq qanunvericilik aktlarına əsasən, ildə iki dəfə Bakı şəhər İcra Hakimiyyəti yanında analoji komissiyaya və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hesabat təqdim edilir:
“Məlumat üçün bildiririk ki, 2017-ci ildə ümumilikdə 730 sənəd daxil olub ki, bunlardan 155-i məhkəmələrdən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrlə bağlı rəylərin verilməsi, 125-i vətəndaş müraciətləri, 51-i yetkinlik yaşına çatmayanların qanuna zidd hərəkətləri barədə məktublardır”.
Rəsmi məlumata görə, 2018-ci il ərzində Komissiyaya 772 sənəd daxil olub ki, bunlardan 172-i məhkəmələrdən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrlə bağlı rəylərin verilməsi barədə, 113-ü vətəndaş müraciətləri, 41-i yetkinlik yaşına çatmayanların qanuna zidd hərəkətləri barədə məktublardır.
2019-cu ilin 4 ayı ərzində Komissiyaya 330 sənəd daxil olub ki, bunlardan 81-i məhkəmələrdən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrlə bağlı rəylərin verilməsi barədə, 41-i vətəndaş müraciətləri, 32-i yetkinlik yaşına çatmayanların qanuna zidd hərəkətləri barədə məktublardır.