Modern.az

Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Aktual

29 May 2019, 14:32

Səhiyyə Nazirliyi bu gün Bakıda keçiləcək Avropa Liqasının final oyunu ilə əlaqədar  gücləndirilmiş iş rejimində çalışacaq. 

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib. 

Bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək. 

Bundan başqa 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb. 

Tədbir keçiriləcək müddətdə qeyd olunan xəstəxanalarda təcrübəli mütəxəssislərin (onların arasında ingilis dili bilən olmaqla) növbətçiliyi təşkil olunub. "9103 qaynar xətt" xidməti 24 saat gücləndirilmiş iş rejimində çalışacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı