Modern.az

Azərbaycanda elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir - RƏSMİ

Azərbaycanda elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir - RƏSMİ

Aktual

31 May 2019, 10:58

Azərbaycanda vəkillərin sayı elə də çox deyil.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında deyib.

 

Onun sözlərinə görə, son ilyarım ərzində vəkillərin sayı 800 nəfərdən 1500-ə qədər artıb: “Bu, çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yerləşən şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”.

 

G.Kərimov qeyd edib ki, vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı